Almaniyada 3,5 milyona yaxın qaçqın var.
Metbuat.az xəbər verir ki, bu barədə “Neue Osnabrucker Zeitung” qazeti məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən onların sayı təxminən 60 min artaraq 1950-ci illərdən bu yana rekord həddə çatıb.
Bildirilib ki, 1,8 milyon qaçqın ukraynalıdır. Onların sayı 2023-cü ilin sonundan 45 min nəfər artıb.
2023-cü ilin sonunda Almaniyanın əhalisi təxminən 85 milyon nəfər olub. Son bir ildə 300 min nəfər artıb. Artımın əsas səbəbi miqrantlar olub.