Astroloqların fikrincə, 3 bürc payızda ətrafındakı insanların xəyanəti ilə üzləşə bilər.
Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:
Balıqlar - iş yerində yoldaşlarınız tərəfindən gözlənilməz reaksiyalar ala bilərsiniz. Bu, işinizi itirməyinizə və maddi çətinliklərlə üzləşməyinizə səbəb ola bilər. Odur ki, diqqətli və planlı hərəkət etmək lazımdır.
Şir - şəxsi həyatınızda problemlər yarana bilər. Tale yüklü qərarlar verməli olacaqsınız, risk etməkdən qorxmayın, unutmayın ki, bu dəfə verməyə qorxduğunuz qərarlar sonradan sizə daha böyük çətinlik yaşada bilər.
Dolça - ailə və dost mühitində münasibətlərinizdə problemlər yarana bilər. Eyni zamanda maliyyə çətinlikləriniz olacaq. Bu "qara zolaq"dan çıxmaq çətin olmayacaq, cəsarətiniz, bilik və bacarıqlarınız sizinlədir.