İsrail-Hizbullah münaqişəsinə Kremldən reaksiya

Kreml İsrail və Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsindən narahatdır.

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Hazırda Kreml sülh yolu ilə nizamlanma perspektivlərini görmür.

Mətbuat katibi qeyd edib ki, İsrail və Hizbullah arasında münaqişənin genişlənməsi Yaxın Şərqdə sabitliyin tamamilə pozulması baxımından təhlükəlidir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı Hizbullah hədəflərinə irimiqyaslı hücumlar həyata keçirib. Son məlumatlara görə, Livana edilən hücumlarda 492 nəfər ölüb, 1645 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı