Köçərli Həsənov vəfat etdi - FOTO

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, Həsənovun bu gün səhər saatlarında səhhəti pisləşib və vəfat edib.

Onun Memorial Şişli xəstəxanasında ürək əməliyyatı keçirdiyi və bu əməliyyatdan sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 63 yaşlı Köçərli Həsənov uzun illər "Azərsu" ASC-nin sədr müavini vəzifəsində çalışıb və bu il "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin İdarə Heyətinə sədr təyin edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR