Nazirlər Kabinetində şöbə müdiri oldu - SƏRƏNCAM

Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün iki gün əvvəl vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Sevinc Həsənova daha əvvəl Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb və ötən il bu vəzifədən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı