Azərbaycanda əlilliyi olan şəxsləri işə düzəltməkdən imtina edən müəssisələri yeni cəza gözləyir

Azərbaycanda əlilliyi olan şəxsləri işə düzəltməkdən imtina edən müəssisələri yeni cəza gözləyir
15:08 25 Dekabr 2014
109 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əlilliyi olan şəxsləri işə düzəltməkdən imtina edən müəssisələr Dövlət Sosial Müdafiə Fonduna aylıq əməkhaqqı fondu məbləğində vəsait köçürəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan və hazırda ictimai müzakirə mərhələsində olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə görə, əlilliyi olan şəxslərə işə düzəlmək üçün verilmiş göndəriş bütün müəssisələr tərəfindən qəbul edilməlidir. Əlilliyi olan şəxslər üçün ayrılan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr DSMF-yə əlilliyi olan şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün aylıq əməkhaqqı fondu məbləğində vəsait köçürəcəklər. Bu yeniliklər mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, bütün müəssisələrə şamil olunacaq.

Bundan başqa, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, göstərilən tələbi yerinə yetirməyən müəssisələr belə işçilərlə əmək müqaviləsini ləğv edərkən DSMF-yə respublika üzrə orta aylıq əməkhaqqının 5 misli məbləğində vəsait köçürməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR