Pokemon cizgi filminin nadir oyun kartı satıldı

ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda Pokemon cizgi filminin nadir oyun kartı satılıb.

Metbuat.az xəbər verir ki, 1998-ci ildə buraxılan kartda cizgi filminin tanınmış personajlarından biri olan "Pikaçu" var. Nyu-Yorkdakı hərracda 360 min dollara satılan kart 39 rəsmi nüsxədən biridir. Məlumata görə, kartda Pokemon cizgi filminin ticarət kartı oyununun yaradıcılarından biri Takumi Akabanenin də imzası var. Kartın satıcısı və onun yeni sahibi haqqında məlumat verilməyib.

Qeyd edək ki, sözügedən 39 kart 1998-ci ildə Yaponiyada nəşr olunan "CoroCoro Comic" jurnalının təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə paylanıb. Kartlardan biri 2021-ci ildə 5 milyon 275 min dollara satılaraq “ən bahalı Pokemon kartı” kimi Ginnesin Rekordlar Kitabına düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR