Çimərlik voleybolçularımız Ermənistanı məğlub etdi

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasından məlumata verilib. Bildirilib ki, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

Komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR