Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlandı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək və bununla bağlı təkliflər hazırlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

İclasda sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumat verilib.

Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Həmçinin ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurla investisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib.

Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər və gələcək hədəflər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı