4 il futbol oynamayacaqdı - Paul Pogba qayıdır

Dopinqə görə 4 il futboldan uzaqlaşdırılan Pol Poqba meydana erkən qayıda bilər.

Metbuat.az xəbər verir ki, ötən il Pol Poqbanın dopinq testində yüksək səviyyədə testosteron aşkar edildikdən sonra dörd il müddətinə futboldan uzaqlaşdırılmışdı. Lakin onun meydana qayıtması gözləniləndən tez ola bilər.

“Daily Mail”in məlumatına görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın cəzasını 18 aya endirib. Fransız futbolçunun gələn ilin əvvəlində “Yuventus”da məşqlərə başlaya biləcəyi və mövsümün sonunda meydana qayıda biləcəyi bildirilir. Qeyd edək ki, Pol Poqba sonuncu dəfə 2023-cü il sentyabrında “Yuventus”un “Empoli”yə qarşı oyununda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR