ABŞ-ın ən böyük su şirkəti kiber hücuma məruz qaldı

ABŞ-ın “American Water” şirkəti kiberhücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, ölkənin ən böyük şirkəti olan “American Water” 14 ştatda 14 milyondan çox insana içməli su və çirkab su xidmətləri göstərir. Nyu-Cersidə yerləşən şirkətin açıqlamasına görə, kiber hücumdan sonra qabaqlayıcı tədbirlər görülüb və bəzi qoruyucu addımlar atılıb. Hücumun şirkətə zərər vurmadığı güman edilir. Lakin xidmətdə çatışmazlıq olarsa, sakinlərdən xidmət haqqı alınmayacaq.Şirkət hücumdan sonra müvafiq qurumlara məlumat verib.

Qeyd edək ki, şirkət təxminən 1700 idarədə 500-dən çox çirkab su sistemini idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı