​Şimali Koreya bu ölkəyə ordu yeridə bilər

Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərə bilər.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun belə iddia ilə çıxış edib. O parlamentdəki açıqlamasında bəyan edib ki, Şimali Koreya iki ölkə arasında imzalanan “hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi”nə uyğun olaraq Rusiyaya dəstək olmaq üçün Ukraynaya qoşun yeridə bilər. Kim həmçinin qeyd edib ki, Donetsk vilayətindəki qarşıdurmalar zamanı Ukraynanın raket hücumu nəticəsində 6 Şimali Koreya əsgərinin həlak olması ilə bağlı xəbərlər doğru ola bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı