BMT-də yeni dövr başladı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının strukturunda dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, 47 üzvü olan İnsan Hüquqları Şurasına 18 yeni üzv seçilib. Yeni üzvlər gələn ildən 3 il müddətində fəaliyyət göstərəcək.

Afrika qrupundan şuraya 5 üzv seçilib. Benin, Konqo Demokratik Respublikası, Efiopiya, Qambiya və Keniya şuraya yeni üzv olmaq hüququ qazanıb. Şuraya Asiya-Sakit Okean qrupundan Cənubi Koreya, Marşal adaları, Qətər, Cənubi Kipr Rum Administrasiyası və Tailand seçilib. Şuraya Şərqi Avropa qrupundan Çexiya və Şimali Makedoniya seçilib. Şuraya Latın Amerikası və Karib hövzəsi qrupundan Kolumbiya, Meksika və Boliviya seçildiyi halda, Qərbi Avropa və digər qruplardan seçilən İslandiya, İspaniya və İsveçrə olub.

Namizədliyi insan haqları təşkilatları tərəfindən tənqid edilən Səudiyyə Ərəbistanı lazımi səsləri ala bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı