Fransada Eyfel qülləsi ilə bağlı gərginlik yaşanır

Fransada Eyfel qülləsinin statusu ilə bağlı fikir ayrılığı yaşanır.

Metbuat.az xəbər verir ki, mədəniyyət naziri Raşida Dati və Paris meri Ann Hidalqo Eyfel qülləsinin statusu ilə bağlı razılığa gələ bilmirlər. Mədəniyyət naziri Eyfel qülləsinin statusunun dəyişdirilərək tarixi abidə kimi qeydə alınmasını istəsə də, Paris meri Ann Hidalqo bu tələbə qarşı çıxıb. “Le Parisien” qəzetinə açıqlama verən Dati bildirib ki, Fransanın digər böyük şəhərləri ilə müqayisədə Parisdə qeydə alınmış tarixi abidələrin sayı azdır.

Onun sözlərinə görə, əvvəllər Eyfel qülləsi tarixi abidə kimi qeydiyyata alınsa da, bu sənədləşməyib. O qeyd edib ki, Eyfel qülləsi tarixi abidə kimi qeydiyyata alınsa daha yaxşı qoruna bilər. Fransız mətbuatında yer alan xəbərlərə görə, Hidalqo Eyfel qülləsini onsuz da çox yaxşı qoruduğunu bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı