COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək

COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək. Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq.

Metbuat.az xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən TROİKA ölkələrinin "1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə deyib.

Bakının real fəaliyyətlərin qurulması istiqamətində mühüm tədbir olduğunu bildirən nazir Azərbaycanın COP29-da beynəlxalq əməkdaşlığı təşviq etdiyini bildirib: "Biz ambisiyaları genişləndirməli, ölkələrə istixana qazlarını azaltmalarına imkan yaratmalıyı. Şəffaflıq inam və etibar quruculuğu istiqamətində vacib addımdır. Bizim fəaliyyətimiz koordinasiyalı olmalı, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır. İqlim dəyişikliyi ilə mübarizə fondunun yaradılması dövlət və özəl tərəfləri bir araya gətirəcək.

Adaptasiya qlobal səviyyədə fəaliyyətlərimizi genişləndirmək və sürətləndirmək üçün vacib sütundur. COP29 bizə şərait yaradır ki, fəaliyyətlərimizi genişləndirək.

COP29 Sədrliyi olaraq TRİO görüşlərini keçirir, sinerji yaratmağa və nəticələri tətbiq etməyə çalışırıq.

Qarşımızda olan yol asan deyil, lakin qətiyyətli addımlar ambisiyalarımızı həyata keçirməyə və nəticədə dayanıqlı gələcək qurmağa imkan yaratmış olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı