Yaşar İsakov vəzifəsindən ayrıldı

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov vəzifəsindən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

O, öz ərizəsi ilə işdən ayrıldığını bildirib.

Qeyd edək ki, Y.İsakov 2019-cu ildən nazirliyin şöbə müdiri və mətbuat katibi idi.

O, bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində də çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı