Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşdü

COP29 prezidenti Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Muxtar Babayev “Helen” və “Milton” qasırğalarının nəticələri ilə əlaqədar baş müşavirə başsağlığı verib. Hər iki tərəf COP29-un uğurla həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər”, - paylaşımda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı