“İnci Taneleri”nin aktyoru onun qardaşı imiş - FOTO

Yılmaz Erdoğanın ssenari müəllifi və baş rolunda yer aldığı "İnci Taneleri" serialı yeni mövsümdə ekranlara qayıdır. Böyük izləyici kütləsi qazanan serialda "Kamuran Abi" rolunu ifa edənin məşhur aktyorun qardaşı olduğu məlum olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "İnci Taneleri"ndə "Kamuran Abi" obrazını canlandıran şəxs ssenarist və baş rol ifaçısı Yılmaz Erdoğanın qardaşı Dəniz Erdoğan imiş. Yılmaz və Mustafa Erdoğanın qardaşı olan Dəniz Erdoğan daha əvvəl "Vizontele", "Organize İşler" və "Çok Filim Hareketler Bunlar" kimi layihələrdə də rol alıb.

Dəniz Erdoğan qardaşı Yılmaz Erdoğanın istedadsız insanlara şans vermədiyini bildirib:

"Qardaşım "İnci Taneleri" adlı serial yazıram, orada bir pavyon sahibi var, sən də seçmələrə girəcəksən dedi. Rolu kastinqlə aldım. Qardaşım bu məsələlərdə çox sərtdir. İstedadsız adamla heç vaxt işləməz. Sonra sən oynayacaqsan dedi. Mən də Kamuran obrazını bir az fərqli, özünəməxsus yaratmaq istədim. Obrazın həyatı qida üzərindədir. Qardaşım mənim haqqımda yazır, əslində, çox yaxşı çiy köftə hazırladığımı bilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR