Liderin çıxışından sonra ölkəni mühasirəyə aldılar

Çin, Tayvan lideri Lai Çinq-tenin "Milli Gün" bayramı ilə bağlı çıxışından sonra adanı və ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı açıqlama verib. Açıqlamada Çin ordusunun Tayvan adasının şimal, cənub və şərq bölgələrində hərbi təlimə başladığı bildirilib. Açıqlamaya görə, "Birgə Qılınc-2024B" adlı təlimə quru, hava, dəniz və raket qüvvələri qatılıb. Təyyarə və gəmilər bir çox istiqamətdən adaya yaxınlaşaraq birgə şərti hücumlar həyata keçirəcək.

Qeyd edilib ki, təlim real döyüş imkanlarını yoxlamaq məqsədi daşıyır və əsas diqqət dəniz-hava döyüş hazırlığına, dəniz və quru hədəflərinə hücumlara və döyüş meydanına hərtərəfli nəzarətin ələ keçirilməsinə yönəldiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı