​"Mançester Yunayted" klubun əfsanəsinə qapını göstərdi

"Mançester Yunayted" xərclərin azaldılması proqramı çərçivəsində əfsanəvi keçmiş baş məşqçi Ser Aleks Ferqyusonu klub səfiri vəzifəsindən istefaya göndərib.

Metbuat.az xəbər verir ki, Ferqyuson mövsümün sonunda postunu tərk edəcək. Məlumata görə, ötən il “Mançester Yunayted”in səhmlərini şərik olan və futbol idarəçiliyini üzərinə götürən Ser Jim Ratcliffein rəhbərliyi altında klubda yeni qərarlar qəbul edilib. Xəbərə görə, Cim Ratkliffin xərclərin azaldılması proqramı çərçivəsində Aleks Ferqyusonla görüşəndən sonra belə qərarə gəlinib.

Qeyd edək ki, məşqçilik karyerasına Şərqi Stirlinqşirdə başlayan Ser Aleks Ferqyuson, “Mirren”, “Aberdin” və Şotlandiya millisini çalışdırandan sonra 1986-cı ildə "Mançester Yunayted"lə müqavilə imzalayıb. “Mançester Yunayted”də 1490 oyun keçirən və 27 il vəzifədə qalan Aleks Ferqyuson, qazandığı çoxsaylı kuboklarla tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı