Şəkərlə depressiyanın əlaqəsi aşkarlandı

Alimlər şəkərli qida və içkilərin həddindən artıq istehlakı ilə depressiya arasında əlaqəni aşkarlayıb.

Metbuat.az xəbər verir ki, "Journal of Translational Medicine" jurnalında dərc olunan araşdırmada İngiltərə Biobankından 180.000-dən çox könüllünün qida seçimlərini dərindən təhlil edilib. Tədqiqatçılar süni intellektdən istifadə edərək iştirakçıları müxtəlif qida seçimlərinə görə üç əsas qrupa ayırıblar. Şirin qəlyanaltılar və şəkərli içkilərə üstünlük verən şəxslərin depressiyadan əziyyət çəkmə ehtimalının 31% daha çox olduğu aşkar edilib. Tədqiqatçılar qeyd edir ki, həddindən artıq şəkərli qidalar qəbul edən qruplarda ürək xəstəlikləri və diabet kimi sağlamlıq problemləri daha yüksək qeydə alınıb.

Şəkərdən tamamilə imtina etmək də yeganə çıxış yolu deyil. Məsələn, Britaniya Qidalanma Fondunun məlumatına görə, Böyük Britaniyada böyüklər gündəlik kalorilərinin orta hesabla 9%-dən 12,5%-nə qədərini “sərbəst şəkərlər”dən alırlar. Bunlar təbii olaraq meyvə və tərəvəzlərdə olmayan, içkilərə və qidalara əlavə edilən şəkərlərdir. Bu şəkəri tamamilə rasiondan çıxarmağa ehtiyac olmasa da, onun istehlakına diqqət yetirmək faydalı olacaq.

Mütəxəssislər emal olunmuş şəkərlərdən uzaq durmağı, daha çox təbii olan qidalara üstünlük verməyi tövsiyə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı