Mourinyo "Barselona"nın "Messi"sini alır - Təlimat verdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Barselona"nın klubdan göndərmək istədiyi Ansu Fatinin transfer edilməsi üçün təlimat verib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"mövsümün fasiləsində hücumçunu heyətinə cəlb etmək istəyir. AS qəzetinin xəbərinə görə, “Fənərbaxça”nın İdman Direktoru Mario Branko İspaniyaya gedərək Ansu Fatinin nümayəndələri ilə görüşəcək. “Fənərbaxça” Ansu Fatiyə Türkiyədə müntəzəm oynamaq şansı vəd edərək, onu razı sala bilər.

Qeyd edək ki, Ansu Fati Premyer Liqada "Brighton"da bir illik icarə əsasında oynayandan sonra bu mövsüm Kataloniya komandasına qayıdıb. Bir vaxtlar Lionel Messinin varisi kimi təqdim edilən cinah oyunçusu indi oyun şansı tapmaqda çətinlik çəkir və buna görə də klubu tamamilə tərk edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR