“Araz-Naxçıvan” “Şamaxı”nı məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Felipe Santos vurub.

Bu nəticədən sonra “Şamaxı” 12 xalla 6-cı pillədə qalıb. “Araz-Naxçıvan” isə qələbə sayəsində 20 xalla 2-ci sıraya yüksəlib.

Günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı