"Arsenal" çempionluq yarışında gözlənilməz məğlubiyyət alıb. "Bornmut" "topçular"ı 2:0 hesabı ilə üstələyib.
Metbuat.az xəbər verir ki, "Vitaliti Stedium"da keçirilən oyunun birinci hissəsi sakit keçib, lakin 30-cu dəqiqədə "Arsenal"ın müdafiəçisi Vilyam Salibanın qırmızı vərəqə alması matçın gedişini dəyişib. "Bornmut" üstünlüyü ələ alaraq 70-ci dəqiqədə Rayan Kristinin qolu ilə hesabı açıb. 9 dəqiqə sonra Justin Klüivertin penalti qolu ilə yekun nəticəni müəyyən edib: 2:0.
Bu nəticədən sonra "Arsenal" 17 xalla 3-cü pillədədir, "Bornmut" isə 11 xalla ilk onluğa daxil olub.