Venger bəyəndiyi ən yaxşı 3 oyunçunun adını açıqladı

Məşqçi karyerasını “Arsenal”da başa vuran Arsen Venger karyerası boyu birlikdə çalışdığı üç ən yaxşı futbolçunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, Tyerri Anri, Denis Berkamp və Toni Adamsı işlədiyi üç ən yaxşı oyunçu kimi qeyd edib. Onun Sesk Fabreqas və Məsut Özil kimi oyunçuların adını qeyd etməməsi diqqət çəkib.

Qeyd edək ki, Arsen Venger hazırda FİFA-da futbolun inkişafı üzə direktor vəzifəsini icra edir. Şimali London klubunda 1234 oyunda məşqçi kimi meydana çıxan Venger, karyerası ərzində bir çox mükafatlar qazanıb. O, “Arsenal” tarixinin ən uğurlu dövrünə damğasını vurub. Vengerin komandası 2003/04 mövsümündə məğlub olmadan İngiltərə çempionu titulunu qazanıb və bu uğur hələ də təkrarlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR