İsrail ordusu “Hizbullah”ın yeni lideri Haşim Safiyuddinin öldürüldüyünü açıqlayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada Haşim Safiyuddinin 3 həftə əvvəl zərərsizləşdirildiyi qeyd edilib. Livan mənbələri də “Hizbullah”ın yeni liderinin öldüyünü açıqlayıb.
Qeyd edək ki, Həsən Nəsrullah ötən ay Beyrutun cənubundakı Dahiye rayonunda İsrailin hava zərbələri nəticəsində öldürülüb. Onun ölümündən sonra hərəkata Haşim Safiyuddin rəhbərlik edib. O, Həsən Nəsrullahın yaxın qohumudur. Nəsrullahın ölümündən sonra İsrail ordusu ilə “Hizbullah” arasında münaqişə xüsusilə Livanın cənubunda daha da intensivləşib.