Türkiyədəki terrorda ölənlərin sayı 5-ə, yaralıların sayı isə 22-yə çatdı

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.

***

19:33

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Metbuat.az-ın məlumatına görə, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı