Polşada radio işçiləri süni intellektlə əvəzləndi

Polşanın Krakov şəhərindəki "OFF Radio Krakow" radio kanalı jurnalistləri işdən çıxararaq, süni intellektlə yaradılmış serverlə yayımını davam etdirib.

Metbuat.az xəbər verir ki, radionun bu hərəkəti izləyicilər tərəfindən tənqid edilib. Əvvəllər "OFF Radio Krakow" kanalında aparıcılıq edən Mateuş Demski layihəyə cavab olaraq petisiyaya başlayıb. Demski bildirib ki, kanalda süni intellektlə yaradılan serverlərdən istifadə media sahəsindəki təcrübəli əməkdaşların işini itirməsinə səbəb ola bilər. Artıq 15 mindən çox insan petisiyanı imzalayıb. Polşa Baş Nazirinin müavini və rəqəmsal məsələlər naziri Krzysztof Gavkovski X sosial media hesabındakı açıqlamasında deyib:

"Mən süni intellektin inkişafının tərəfdarı olsam da, bəzi məhdudiyyətlər getdikcə daha çox aşılır. Süni intellekti insanlara qarşı deyil, insanlar üçün istifadə etmək lazımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı