​Türkiyə ordusu İraq və Suriyanın şimalında əməliyyat keçirdi

Türkiyə ordusu İraq və Suriyanın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, terrorçulara məxsus ümumilikdə 32 hədəf uğurla məhv edilib. Çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib. Əməliyyatlar davam edir.

Nazirliyin açıqlamasında deyilir ki, Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi ilə xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının aradan qaldırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraq və Suriyada terror hədəflərinə hava əməliyyatı keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı