“Real Madrid” “Mançester Siti" klubunun hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, “Real” klubu hücumda Mbappe, Haaland, Vinisius üçlüsünü oynatmaq istəyir. "Sky Sports"un məlumatına görə, Haaland özü də “Real”da oynamaq istəyir. Futbolçunun müqaviləsində 150 milyonluq sərbəst qalma maddəsinin olduğu bildirilir. Qeyd edək ki, “Barselona” klubunun da Erlinq Haalandı transfer etmək istəməsi ilə bağlı xəbərlər dərc edilmişdi.
İddialara görə, “Barselona” “Nou Camp” stadionunun açılışını Hallandı transfer edərək qeyd etmək istəyir. Məlumata görə, Pep Qvardiola mövsümün sonunda yekunlaşacaq müqaviləsini uzatmayacaq. Pep Qvardiolanın gedişindən sonra Haalandın da ayrılacağına dair iddialar var.