"Şimal İşıqları" güman etdikləri pomidor fabriki çıxdı

İngiltərənin Suffolk şəhərində maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, yerli sakin Di Harrison səhər işə gedərkən səmada "Şimal İşıqları"na bənzər parıltı görəndə sevinib. Harrison sosial media hesabında bu mənzərəni paylaşaraq, "Məncə, bu bir auroradır, daha əvvəl heç görməmişdim" - deyə yazıb. Lakin məlum olub ki, işıqlar Suffolkdakı pomidor fermasından əks olunub. Hadisə ilə bağlı aparılan araşdırmalar bölgədə “Şimal İşıqları” ilə bağlı aktivliyin olmadığını ortaya qoyub. Bənövşəyi-qırmızı parıltının əslində pomidor fermasından çıxan LED işıqları olduğu bildirilib.

Məlumata görə, bu cür qarışıqlıq əvvəllər də olub. Norviçdəki iki universitet tələbəsi otelin bənövşəyi işıqlarını “Şimal İşıqları” ilə səhv salıblar. Daha sonra onlar işıqların əslində otelə aid olduğunu başa düşüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı