Paracüdoçularımızdan uğurlu çıxış - 8 medalla 1-ci oldular

Bəhreyn Krallığının Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan paracüdoçuları uğurlu çıxış ediblər.

Metbuat.az xəbər verir ki, təmsilçilərimiz 8 medal qazanıblar.

Yığmamızın heyətində İlahə Əzizzadə (+57 kq), Tahir Əlizadə (60 kq) və Hüseyn İsmayılzadə (73 kq) qızıl, Elnarə Nizamlı (57 kq), Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq) və İlham Əzizzadə (+73 kq) gümüş, Nurlana Məmmədova (+57 kq) isə bürünc medal qazanıb. Komandamız yarışı ümumi hesabda birinci yerdə başa vurub.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan yığması 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı