Asiyada ilin ən yaxşı gənc futbolçusu seçildi

Asiyada ilin ən yaxşı gənc futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, bu mükafata Özbəkistan millisinin və Rusiyanın ÇSKA klubunun yarımmüdafiəçisi Abbosbek Fayzullayev layiq görülüb. Onun mükafat uğrunda rəqibləri Yaponiyanın "Kamimura" klubunun hücumçusu Qaku Navata və İngiltərə təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Bae Yun-Ho olub. "AFC Annual Awards" mükafatlarının təqdimetmə mərasimi Seulda baş tutub.

Qeyd edək ki, Abbosbek Fayzullayevötən mövsüm Moskva klubunun heyətində 32 matç keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı