Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın, Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin, Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın və Ruandanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.