Dünyanın ən kiçik köpəkbalığı odur

Köpəkbalıqlarından bəhs ediləndə çoxlarının ağlına böyük və yırtıcı dəniz canlıları gəlir. Lakin dünyanın göllərində, dənizlərində və okeanlarında çox fərqli köpəkbalığı növləri mövcuddur. Filmlərlə şöhrət qazanan böyük ağ köpəkbalığı kimi bəzi növlər çox tanınsa da, dünyanın ən kiçik köpəkbalığı olan fənər köpəkbalığı (Etmopterus perryi) ölçüsü ilə təccübləndirir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, fənər köpəkbalığı Etmopterus növünün nadir və müşahidəsi çətin üzvlərindən biridir. Bu balıq növü haqqında mövcud məlumatlar yalnız Cənubi Amerika sahillərində təsadüfən aşkar edilən və az sayda müşahidələrdən ibarətdir. Cücə fənər köpəkbalıqlarının qərbi Orta Atlantik okeanda 283-439 metr dərinliklərdə yaşadığı güman edilir.

Çətin müşahidə edildiyinə görə dəqiq məlumat almaq çətin olsa da, bu növün maksimal 21.2 santimetrə qədər uzana bildiyi bildirilir. Ancaq 2021-ci ildə aparılan və 151 nümunənin tədqiq olunduğu araşdırmada, növ üçün rekord sayılan 28.9 santimetrlik bir nümunəyə rast gəlinmişdir.

Bu balığın başı bədəninin dörddə birini təşkil edir, 60-a yaxın dişi və böyük gözləri ilə fərqlənir. Qara işarələrlə örtülmüş qəhvəyi bədənə malikdirlər və bu işarələrdən bəziləri fotofor adlanan işıq saçan hüceyrələrdən ibarətdir. Tədqiqatçılar düşünür ki, bu işıqlar daha kiçik canlıları cəlb edərək köpəkbalığı üçün ovlanmağı asanlaşdırır.

Təəssüf ki, cücə fənər köpəkbalığı növü IUCN-in nəsli kəsilmə təhlükəsində olan növlər siyahısında yer alır. Yaşadığı dərin dəniz sahələri tam olaraq bilinməsə də, dərin dəniz balıqçılığı bu nadir balığa ciddi təhdid yaradır.

Əksinə, dünyanın ən böyük köpəkbalığı olan balina köpəkbalığı (Rhincodon typus) 18 metrə qədər ola bilər və bu ölçüsü ilə dərin suların ən böyük sakinlərindən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı