İsrail və ABŞ-a sərt cavab verəcəyik - Xamenei

"İrana qarşı hərəkətlərinə görə həm İsrailə, həm də ABŞ-a mütləq sərt cavab verəciyik".

Metbuat.az xəbər verir ki, bu barədə "AFP" nəşri məlumat yayıb.

Bildirilib ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda bir qrup iranlı tələbə ilə görüşündə deyib.

Xamenei İsrailin regiondakı hərəkətlərinə və oktyabrın 26-da İrana hücumuna toxunaraq deyib: “Düşmənlər, istər İsrail rejimi, istərsə də ABŞ bilməlidirlər ki, İrana və onun xalqına qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı