STM-də “Parlamentlər və qlobal sanksiya tendensiyaları” mövzusunda tədbir keçirildi - FOTO

Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə STM-nin “Dezinformasiyaya qarşı mübarizə: İfşa Detektoru” layihəsi çərçivəsində aparılmış növbəti tədqiqat “Aazərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edilib.

Tədbirdə açılış nitqləri və çıxışlarla: Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc - “ Siyasi sanksiyalarla bağlı lobbiçilik-parlament diplomatiyasına və qanunyaradıcılıq missiyasına zidd, hüququn siyasi alətə çevrilməsidir”, Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”sının sədri Ramid Namazov -“ COP29 - Ölkəmizə yekdil dəstək - beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun göstəricisi, erməni lobbisinin gücsüzlüyü kimi”, Milli Məclisin deputatı Fariz İsmayılzadə -“ Sanksiyalar hibrd müharibə aləti kimi.30 illik işğal dövründə Ermənistana qarşı sanksiyalar nədən olmayıb?” , Milli Məclisin deputatı Mübariz Qurbanlı - “902-düzəlişdən:işğal edilmiş ölkədən-qalib ölkəyə qədər: Zəfərimizdən sonrakı sanksiya fəallığının dinamikasına nəzər”, Milli Məclisin deputatı Rizvan Nəbiyev - “COP-29. Azərbay canın qlobal təşəbbüsü - “Yaşıl dünya naminə həmrəylik ”- qərəzli sanksiyalara cavab kimi” - mövzularda məruzə edib.

Tədqiqatın müəllifi, STM İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya” - adlı kitabla bağlı bağlı məlumat verib.

Qeyd edilib ki, Azərbaycana qarşı sanksiya hazırlığı və suverenliyimizin tam təmin edilməsindən sonra qlobal erməniliyin hərəkətə keçməsi Sosial Tədqiqatlar Mərkəzi (STM) erməni diasporu və lobbisinin beynəlxalq insan hüquqları sahəsində təşkilatlara sızması, rəhbərlikdə və işçi heyətdə fəaliyyətini nə qədər maskalamağa çalışsa da, onların aşkara çıxarılması və ifşası ilə bağlı faktları ilk dəfə təqdim edilir.

Qarabağın işğaldan azad edilməsindən sonra qlobal erməni diasporu nun revanşizm isterikası fonunda bu fəaliyyət çoxsaylı istiqamətlərdə dəfələrlə güclənib. Ölkəmizin adını müxtəlif beynəlxalq insan hüquqları təşkilatlarında, ədalət və cinayət məhkəmələrində hallandırmaq, he sabat və reytinqlərdə neqativ təqdim etmək, parlamentlərdə qərəzli qətnamələr qəbul etdirmək cəhdlərinin sayı-hesabı yoxdur. 2023-cü il aprelin 26-da Azərbaycana qarşı əksəriyyəti ABŞ Konqre sinin Erməni Qrupunun üzvü olan deputatların iki ölkə arasındakı münasibətlər tarixində ilk dəfə sanksiya layihəsinin təqdim edilməsi baş verib.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmalar bir daha sübut edir ki, xüsusilə son illər beynəlxalq insan hüquqları təşkilatlarında, məhkəmə və ədliyyə qurumlarında, parlamentlərdə, QHT-lərdə ermənilərin həm rəhbərlik, həm də işçi heyətdə şəbəkələşməsi olduqca geniş, qlobal miqyas alıb.

Yəhudi əsilli isveçli diplomat, Holokost dövründə xidməti ilə yəhudi aləmində böyük ehtiram qazanan Raul Vallenberqin adına dünya erməniliyi tərəfindən 3 insan hüquqları təşkilatı (Beynəlxalq Raul Vallenberq Fondu, Raul Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutu və Raul Vallenberq adına İnsan Hüquqları Mərkəzi) yaradılıb və onların qlobal şəbəkəyə çevrilməsinə nail olunub. v Dünyanın ən varlı ermənilərinin 2-cisi, Argentinada isə 1-cisi olan maliyyə maqnatı Eduardo Ernekyan beynəlxalq hüquq təşkilatlarında, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında erməni diasporunun siyasi korrupsiya fəaliyyətinin maliyyələşdirilməsində aparıcı şəxslərdəndir (Sosial Tədqiqatlar Mərkəzi L.M.Okampo ilə bağlı hesabatında bu mövzunu geniş təqdim edib).

Maraq doğuran məqam odur ki, zəfərimizdən sonra ölkəmizə qarşı şiddətlənən beynəlxalq hüquq, məhkəmə, diplomatik və informasiya savaşında yeni mərhələnin - sanksiyaların tətbiqi mərhələsinin başlanmasında əsas maliyyəçi kimi Ernekyanın sədrlik etdiyi “beynəlxalq” təşkilat çıxış edir. E.Ernekyanın maliyyəsi ilə fəaliyyət göstərən Beynəlxalq Raul Vallenberq Fondunun başlıca missiyası Azərbaycana və Türkiyəyə qarşı qlobal təbliğat və şəbəkələşmənin təşkilidir.

Fondun fəaliyyətinin digər aparıcı istiqaməti tarixən saxta erməni soyqırımını ciddi qəbul etməyən, onun Holokostla müqayisəsini yolverilməz hesab edən, Azərbaycanla münasibətləri həmişə yüksək səviyyədə olan qlobal yəhudi diasporunu ələ almaq üçün reallaşdırılan geniş fəaliyyətin həyata keçirilməsidir. Buna görə də yəhudi əsilli şəxslərin adına müxtəlif adlar, təyinatlar və s. ilə gerçək erməni fəaliyyətini maskalamaq üçün qondarma Lemkin İnstitutu, Tom Lantos Fondu, Beynəlxalq Raul Vallenberq Fondu və s. çoxsaylı qurumlar bu məqsədlə yaradılıb.

Sosial Tədqiqat Mərkəzi tərəfindən hazırlanan bu tədqiqatın əsas məqsədlərindən biri də Argentina-Fransa, frankofon və ispandilli ölkələrdə erməni diasporunun qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil fəaliyyət qurması, artıq “beynəlxalq hüquq mafiyası” adlana biləcək şəbəkənin çevik ifşa edilməsi, konkret şəxslərlə bağlı faktların təqdim edilməsidir.

Tədbir məruzələr ətrafında çıxışlar və müzakirələrlə davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı