Fərhad Rəcəbli 12-ci dəfə dünya çempionu oldu

Azərbaycanlı veteran cüdoçu Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə dünya çempionu olub.

Metbuat.az xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı