​İspaniya İsrailə üzən gəmilərin lövbər salmasına icazə vermədi

İspaniya hökuməti İsrailə silah və hərbi ləvazimat daşıdığı deyilən iki gəminin ölkə limanlarında lövbər salmasına icazə verməyib.

Metbuat.az xəbər verir ki, gəmilər ABŞ-ın Nyu-York limanından İsrail marşrutu üzrə üzürmüş. Gəmilərin silah və hərbi təchizatla yüklü olduğu iddia edilib. İspaniya iki gəminin ölkə sularında dayanmasını qadağan edib. İspaniya mətbuatında yer alan xəbərə görə, hökumət rəsmiləri “Bu gəmilər İspaniyada dayanmayacaq” deyə təlimat verib.

Qeyd edək ki, İspaniya İsrail Qəzzaya irimiqyaslı hücumlara başlayandan bəri bu ölkəyə silah və hərbi texnika satışını dayandırdığını iddia edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı