“Yabancı Damat”ın “Mustafa Can”ı illər sonra - FOTO

Bir vaxtlar Azərbaycanda da geniş populyarlıq qazanmış “Yabancı Damat” serialında “Mustafa Can”ı ifa edən aktyorun illər sonrakı halı marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, serialda “Mustafa Can” obrazını canlandıran Ozan Uğurlu uzun müddətdir mediadan uzaq qalıb. Hazırda 32 yaşında olan aktyor sosial media hesabında yeni fotolarını paylaşıb.

Ozan Uğurlu serialda anası rolunda çıxış edən Sumru Yavrucuk ilə olan fotosunu da 3200 izləyicisi olan hesabında izləyiciləri ilə bölüşüb.

Həmin fotoları təqdim edirik.

Qeyd edək ki, 2004-2007 tarixlərində lentə alınan 106 seriyadan ibarət filmdə Özgür Çevik, Nehir Erdoğan, Sumru Yavrucuk, Erdal Özyağcılar və Binnur Kaya kimi məşhur aktyorlar rol alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı