Türkiyənin "Qalatasaray" komandasında ciddi itki baş verib.
Metbuat.az xəbər verir ki, komandanın əsas hücumçularından Mauro İkardi ağır zədələnib. Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Tottenham"la qarşılaşmada (3:2) dizindən ciddi zədə alan futbolçu həkimlər tərəfindən müayinə edilib.
Verilən məlumata görə, İkardinin sağ dizində ön çarpaz bağda yırtıq aşkarlanıb. Onun təcili əməliyyat olunması planlaşdırılır.
32 yaşlı futbolçu zədə səbəbindən yaşıl meydanlardan uzun müddət ayrı qala bilər.