Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Metbuat.az xəbər verir ki, Türkiyə lideri bu haqda “X” hesabında yazıb.
“Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”, - paylaşımda qeyd olunub.