COP31 Türkiyədə keçiriləcək?

Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib.

Metbuat.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

"Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etdik. Namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əziz qardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı