"Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq" - Braziliyalı nazir

“Azərbaycanda təşkil olunan COP29-u çox bəyənirik. Burada hər şey yaxşıdır. Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq”.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Braziliyanın yerli xalqlarının naziri Sonya Quajajara deyib.

“Biz torpaqlarımızı qorumaq, daha çox yerli torpaqların sərhədlərini müəyyən etmək, həmçinin xəstəliklərlə mübarizə aparmaq üçün buradayıq. Braziliyada həmin problemlərlə qarşılaşırıq. Biz iqlim dəyişikliyinə, yanğınlara qarşı mübarizə, qeyri-qanuni mədənçilik, meşələrin qırılması, yerli torpaqlarda işğalçılara qarşı mübarizə aparmalıyıq”, - deyə braziliyalı nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı