Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası VAR-ı əvəzləyəcək yeni sistemi sınaqdan keçirir.
Metbuat.az xəbər verir ki, yeni sistem futbola video dəstək sistemi (FVS) adlanır. FVS sistemi FİFA U-20 və U-17 Qadınlararası Dünya Kuboklarında istifadə edilib. Yeni sistemə görə baş məşqçilər VAR hakimlərinin qərarlarına iki dəfə etiraz edə biləcək. Lakin baş məşqçinin ilk etirazı əsassız olarsa, onun ikinci dəfə etiraz etmək imkanı olmayacaq. Bildirilir ki, baş hakim yalnız baş məşqçinin tələbi əsasında FVS görüntüsünə baxa biləcək.
Qeyd edək ki, futbol zamanı bir sıra hallarda baş hakim görüntüyə təkrar baxmadan birbaşa VAR hakimlərinin qərarlarına əsasən qərar verə bilir.