Ağadadaş Ağayev məhkəməyə gəldi - FOTO

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi ilə bağlı məhkəmə prosesi Binəqədi rayon Məhkəməsində keçiriləcək.

Metbuat.az xəbər verir ki, cinayət işinə dair təqsirləndirilən Ağadadaş Ağayev artıq məhkəməyə gəlib, prosesin yaxın dəqiqələrdə başlayacağı gözlənilir.

Qeyd edək ki, cinayət işində təmizlikçi Nəzakət Paşayeva və Nurəddin Cəlilov zərərçəkən qismində tanınıblar. Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni "silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə" ittihamı ilə təqsirli bilinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı