Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.

Nazirlər Kabinetindən Metbuat.az-a bildirilib ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.

Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı