COP29-da qlobal platforma istifadəyə verildi

Bakıda COP29 çərçivəsində sənaye dekarbonizasiyası üzrə qlobal tərəfdaş axtarış platforması (GMP) istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, GMP platforması Almaniya hökumətinin ilkin maliyyə dəstəyi ilə UNIDO və “Climate Club” beynəlxalq iqlim təşəbbüsü tərəfindən istifadəyə verilib.

Tədbir iştirakçıları platformanın inkişaf etməkdə olan ölkələr, inkişaf etməkdə olan bazar iqtisadiyyatına malik olan ölkələr üçün açıq olduğunu bildiriblər. O, enerji tutumlu və yüksək emissiyalı sənaye sektorlarında emissiyaları azaltmaq üçün konkret dövlətlərə xas ehtiyacları qlobal texniki və maliyyə yardımı ilə əlaqələndirir.

“Bu platformanı bu qədər zəruri edən şey sənaye sektorunu karbon neytrallığına çevirmək üçün maliyyə çatışmazlığıdır”, - Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi nazirinin ölkə parlamentindəki stats-katibi Ştefan Ventsel deyib.

Türkiyənin sənaye və texnologiya nazirinin müavini Kasım Gönüllü isə qeyd edib ki, Türkiyə karbon neytrallığına nail olmaq üzrə 2053-cü ilə qədər olan yol xəritəsi dərc edib.

“Bizim yol xəritələrimiz göstərir ki, 2053-cü ilə qədər emissiyaların polad istehsalında 99 %, sement istehsalında 93 % və alüminium istehsalında 75 % azaldılmasına nail ola bilərik. Türkiyə “yaşıl” transformasiya üçün yuxarıda qeyd olunan sektorlara 70 milyard ABŞ dollarından çox sərmayə qoymalıdır. Buna görə də biz “yaşıl” transformasiyaya 5 milyard avrodan çox sərmayə cəlb etməyi hədəfləyən investisiya platforması yaradırıq ki, bu da emissiyaları ildə 20 milyon ton azaldacaq”, - o söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı