Qvardiola yeni mövsümdə bu klubu çalışdıracaq

Premyer Liqa nəhəngi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın planları məlum olub.

Metbuat.az xəbər verir ki, Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Qvardiolanı "Mançester Siti"yə gətirən Txiki Beqiristanın idman direktoru vəzifəsindən istefa verməsindən sonra baş məşqçinin də klubdan gedəcəyi irəli sürülmüşdü. “Football Insider”in məlumatına görə, “Siti” ilə altı dəfə Premyer Liqa qalibi olan Qvardiola hələ klubdan ayrılmayacaq.

Bildirilir ki, Qvardiola "Mançester Siti" ilə bir illik müqavilə imzalamağa razılıq verib. Tərəflərin razılaşdığı deyilir. Qeyd edək ki, “Mançester Siti" Qvardiolanın rəhbərliyi altında bu mövsüm ilk dəfə ardıcıl 4 matçda məğlub olub və 11 matçdan sonra lider “Liverpul”dan 5 xal geri qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı