Elşad Əliyev Azərbaycanı TDT-nin toplantısında təmsil etdi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Daşkənddə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirləri və diaspor qurumları rəhbərlərinin VI toplantısında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Tədbir Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsi tərəfindən təşkil olunub.

Görüşdə, həmçinin TDT-nin Baş katibinin müavini Merey Mukajan, Qazaxıstanın “Otandastar” Fondunun prezidenti Daniyar Kadırov, Türkiyənin Xaricdəki Türk İcmaları və Onlara Qohum İcmalar İdarəsinin prezidenti Abdullah Eren, Özbəkistanın Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov və Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Bakıt Darmankul iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı